
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən məhkəmə prosesində inzibati xətaya görə tviterə pul cəzası verilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin verdiyi qərara əsasən tviter Rusiyaya təxminən 420 min dollar pul ödəməli olacaq. Məhkəmənin keçirilməsinə səbəb Rusiyada qadağa qoyulmuş məlumatların tvitter vasiləsilə yayılması olub.
Qeyd edək ki, tviterə qarşı məhkəmə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət Təşkilatı (Roskomnadzor) tərəfindən açılıb. İclas Taqanski məhkəmə salonunda keçirilib.