Ukraynadan Rusiyanın Krımda hərbçi toplamasına REAKSİYA


Ukrayna Rusiyanın ilhaq etdiyi Krıma hərbi güc yığımasını qınayıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə açıqlama Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilib. Naziriliyin məlumatında göstərilir ki, Rusiyanın bu hərəkəti beynəlxalq hüquq normalarına və 1949-cu ildə Cenevrədə qəbul edilmiş konvensiyaya ziddir. 
Açıqlamada Rusiyanın 2015-ci ildən bəri 12 dəfə hərbi çağırış elan edərək 28 min insanı qanunsuz silahlandırıb. Ən son çağırışı isə 1 apreldə həyata keçirildiyi göstərilib. Ukrayna beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı siyasi və diplomatik təzyiqləri artırmağa çağırıb. Ukrayna Rusiyanın bu hərəkətini beynəlxalq hüquqların pozulması kimi sənədləşdirməyə davam edəcəyini bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top