“Müharibəyə könüllü gedənlərə veteranlıq verilmir”


Deputat Aqil Abbas Vətən müharibəsində könüllü iştirak edənlərə veteranlıq verilməməsi ilə bağlı məsələdən danışıb. 

Millət vəkili bildirib ki, könüllülərin əlində hərbi biletlərinin nömrəsi, harada döyüşdükləri barədə məlumat var: “Ancaq onlara  deyirlər ki, könüllü gəlmisən. Bəs onda bizi niyə müharibəyə çağırmısınız deyə cavab verirlər. 

İndi də onlara veteranlıq vermirlər. Məsələ 80 manatda deyil. Onlar bildirir ki, müharibədə iştirak etdiklərini uşaqlarına da başa salmaq istəyirlər.

DİGƏR XƏBƏRLƏR

Top