Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə aralarında yaşanan gərginliklə bağlı kəskin açıqlama verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Peskov NATO qoşunlarının Ukrayna sərhədinə gətiriləcəyi halda vəziyyətin gərginləşəcəyini bildirib. O həmçinin vurğulayıb ki, əgər bu hal baş verərsə, rəsmi Moskva da öz təhlükəsizliyini təmin etmək üçün əlavə tədbilər görməli olacaq.
Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya Ukrayna sərhədində ordunun gücləndirilməsi barədə çağırış etmişdi.