Məkkədə bıçaqlı şəxs insanların təlaşına səbəb olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Məscidi Haramın yaxınlığında olub. Şübhəli şəxs İŞİD-in lehinə olan şüarlar səsləndirib. Bundan sonra o təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Məkkə polisi hadisənin məscidin birinci mərtəbəsində baş verdiyini bildirib. Hadisə nəticəsində heç kəs xəsarət almayıb. Polis həmin şəxsin kimliyi ilə bağlı məlumat verməyib.