Lavrov İrana gedir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəfərin dəvəti ilə bu ölkəyə səfər edəcək.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə verib. Görüş 13 apreldə həyata keçiriləcək. Xətibzadənin sözlərinə görə, həmkarlar ikili münasibətlərlə yanaşı, həmçinin Qafqaz, Suriya, Yəmən və Əfqanıstanda baş verən son dəyişikliklərə də nəzər salacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top