“Amazon” və “Google” kimi nəhəng şirkətlər peyvənd olunan işçilərini ofisə çağırmağa hazırlaşır.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hər iki şirkət bir-birinin ardınca bu barədə məlumat verib. İşçilərin ofisə qayıtması ilə bağlı açıqlama ilk dəfə onlayn satış platforması “Amazon” tərəfindən verilib. Bildirilib ki, bu proses mərhələli formada həyata keçiriləcək. “Google” işçilərinə xəbərdarlığı elektron poçt vasitəsilə göndərib. Bundan başqa “Facebook” da işçilərin maydan etibarən işə gəlməsini istəyib.
Qeyd edək ki, “Twitter” də aralarında olmaqla bir çox şikət iş prosesini müddətsiz olaraq bu formada davam etdirmək istəyir.