ÜST Çin istehsalı peyvəndlərin etibarlı olduğunu bildirdi


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə məxsus olan koronavirus peyvəndləri - Sinovac ve Sinopharmın etibarlı və təsirli olduğunu bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ÜST mütəxəssisləri peyvəndlərin təşkilat tərəfindən müəyyən edilmiş qaydalara uyğun olduğunu açıqlayıb. Klinik göstəricilərin hələ araşdırıldığını vurğulayan ÜST rəsmiləri peyvəndlərlə bağlı daha artıq məlumata ehtiyac olduğunu bildiriblər.
Qeyd edək ki, ÜST-ün sözçüsü Marqaret Harris bu yaxınlarda sözügedən peyvəndlərin təşkilatın təcili istifadə siyahısına daxil ola biləcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top