
ABŞ prezidenti Co Baydenin Yaponiyanın baş naziri Yoşihide Suqa ilə nəzərdə tutulan görüşü təxirə salınıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, görüşün tarixində dəyişiklik edilib. 9 aprelə nəzərdə tutulmuş görüşün vaxtı dəyişdirilərək 16 aprelə keçirilib. Görüşmənin hansı səbəbdən təxirə salınması ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Yaponiyanın baş naziri görüşmədən əvvəl “Pfizer” və “BioNTech” dərman şirkətlərinin birgə istehsal etdiyi COVID-19 peyvəndini vurdurub.