Azərbaycanda bu gəmini satışa çıxartdılar - QİYMƏT


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 13 aprel tarixində keçirəcək.
Yeniavaz.com Komitədədən açıqlanan məlumatlara istinadən bildirir ki, budəfəki hərracda 1986-ci il istehsalı olan gəmi satışa çıxarılacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinə məxsus olan "Nauçnıy” gəmisinin ilkin start qiyməti 40 000 manat təşkil edir. Hərracda iştirak etmək istəyənlər 4000 manat beh ödəməlidirlər.
Gəmidən başqa budəfəki hərracda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə məxsus “Elsevər Hüseynov” köməkçi kateri də satılacaq. 1986-cı il istehsalı olan katerin qiyməti 10 000 manat olacaq.

DİGƏR XƏBƏRLƏR

Top