"Əlilliyin təyin olunması ilə bağlı xeyli narazılıqlar var" - Deputat


“Ombudsmana müraciətlərin sayı həddindən artıq çoxdur. Ayrı-ayrı məmurlar vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə onlar bu quruma müraciət etmək qərarına gəlirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

O bildirib ki, əlilliyin təyin olunması müəyyən problemlərin ortaya çıxmasına rəvac verib:

“Yerlərdən xeyli narazılıqlar var. Bu narazılıqlar aradan qaldırılmalıdır”. //Report

DİGƏR XƏBƏRLƏR

Top