Moldovada karantin qaydaları yenidən sərtləşdirildi


Moldovada koronavirusla bağlı aparılan tədbirlər daha da sərtləşdirilib.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Moldova Fövqəladə Hallar Komissiyası məlumat verib.
Qərara əsasən ölkədəki parklar, oyun meydançaları, idman obyektləri və istirahət mərkəzləri bağlanıb. Mitinq və müxtəlif mərasimlərin keçirilməsinə qadağa qoyulub.
Saat 23:00-05:00 arasında Moldovanın paytaxtı Kişinyov və Beltsi şəhərlərində komendant saatı tətbiq edilib. Bildirilir ki, ölkədə fəaliyyət göstərən dövlət qurumları və özəl şirkətlərin işçilərinin 70 faizi iş prosesini uzaqdan məsafə ilə davam etdirməlidir.
Məktəblərin fəaliyyəti distant təhsil sistemi ilə davam etdiriləcək, bağçalar isə bağlanmayacaq.
Qeyd edək ki, Moldovanın Qaqauz Muxtar Bölgəsində 16 maya təyin olunmuş Xalq Məclisi iclası təxirə salınacaq.

DİGƏR XƏBƏRLƏR

Top