ABŞ Qərbi Şəriəyənin İsrail tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq işğal edildiyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays məlumat verib. Belə ki, ABŞ prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra ölkələrlə bağlı yayımlanan ilk insan haqları hesabatında İsrail və Fələstin bölgələri təsvir olunarkən İsrail, Qərbi Şəriyə və Qəzzanın adları çəkilib. Sənədin davamında isə Qərbi Şəriyə işğal olunmuş bölgə kimi təqdim olunub.
Qeyd edək ki, hər il ABŞ tərəfindən yayımlanan illik hesabatda İsrail və işğal edilmiş bölgələr olaraq qeyd olunan ərazi, keçmiş prezidenti Donald Tramp dövründə İsrail, Qərbi Şəriyə və Qəzza olaraq dəyişdirilmişdi.