Paşinyanla Putin bu tarixdə görüşəcək


Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüş 7 apreldə Moskvada baş tutacaq.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorgyan məlumat verib.
Gevorgyan bildirib ki, görüşlə əlaqədar olaraq Ermənistan hökumətinin başçısı 2 apreldən etibarən özünü təcrid rejimində işləyir. Bununla birlikdə baş nazir şəxsi görüşlərini, qəbullarını və sosial tədbirlərlə bağlı iş qrafikini də davam etdirir.
Qeyd edək ki, Paşinyan və Putin son dəfə 11 yanvarda Moskvada görüşüblər.

DİGƏR XƏBƏRLƏR

Top