Külli miqdarda dələduzluqda təqsirləndirilən iqtisad elmləri doktoru, 70 yaşlı Müstəcəb Mustafa oğlu Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə M.Səfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Səfərov vətəndaş Zərifə Əli qızı Əliyevanın 250 min dollar pulunu iş qurmaq vədi ilə alıb. Sonra isə dələduzluq yolu ilə mənimsəyib. Məlumata görə zərərin bir hissəsi ödənilib.
M.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, M.Səfərov “Afurca” istirahət mərkəzinin rəhbəri olub.