Pentaqondan ABŞ və Türkiyə müdafiə nazirlərinin görüşünə dair AÇIQLAMA


ABŞ-ın müdafiə naziri Lloyd Austin və türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.
Yeniavaz.com “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi məlumat verib. Telefon danışığı zamanı ABŞ-ın müdafiə naziri Türkiyə ilə aralarında hərbi baxımdan əməkdaşlığın vacibliyinə diqqət çəkib. Bundan başqa o, Türkiyəyə Rusiyaya məxsus “S-400” müdafiə sistemlərini əlində saxlamamaqla bağlı çağırış edib. Kirbi həmçinin nazirlərin Rusiyanın yaratdığı problemlərdən dolayı NATO-nun qərb və cənub sərhədlərindəki qeyri-sabitlik məsələsinə toxunduğunu bildirib.
Görüşdə ABŞ və Türkiyə arasında qarşılıqlı müdafiə münasibətləri və NATO ilə ortaqlıqla bağlı vəziyyət müzakirə olunub. Austin Əfqanıstanda sülhün qorunması üçün göstərdiyi dəstək üçün türk həmkarına təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top