Türkiyədə yerli peyvənd istehsalı ilə bağlı son vəziyyət


Türkiyənin Tekirdağ şəhərində dərman fabrikində yerli peyvəndi üzərindəki iş son mərhələyə çatdırılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, peyvənd üzərində iş 100 elm adamı tərəfindən həyata keçirilib. Hazırda yerli vaksinin mutasiyaya uğramış virusa qarşı effektivliyi ilə bağlı mərhələli işlər aparılır. Yerli peyvəndin sentyabr və oktyabr aylarında təsdiqləndikdən sonra istifadəyə verilməsi gözlənilir. Mövzu ilə əlaqədar şirkətin baş menecerinin müavini Cem Koçak məlumat verib. Koçakın sözlərinə görə peyvənd artıq hazırdır və peyvəndin 1-ci mərhələsi üçün hazırlıq işləri ötən həftədən başalyıb. O, vaksinin artıq insanlar üzərində təcrübəsinin aparıldığına diqqət çəkib. 2-ci mərhələdə iş 200-300 insan üzərində aparılıcaq. 3-cü mərhələ də isə bu sayın minlər və 10 minlərlə ölçüldüyünü bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top