Türk turist şirkətləri Rusiyaya gedənlər üçün peyvənd turizminə başladı


Türkiyədə bəzi tur şirkətləri Rusiyaya səyahət etmək istəyənlər üçün peyvənd turizminə başladıqlarını bildirib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən şirkətlər əvvəlcədən peyvənd vuracaq klinika ilə razılaşırlar. Həmin müştərilər getdikləri ilk 24 saatda peyvənd olunaraq Moskvada qalırlar. Burada əsas məqsəd peyvəndin hər hansı bir əks təsirinin olub-olmamasını müəyyənləşdirməkdir. Müştərilərə peyvənd olunduqları gün tərcüməçi təyin olunur. Səhhətlərində hər hansı nasazlıq yaranan müştərilər tərcüməçilərin vasitəsilə tibb işçilərinə müraciət edirlər. Bu presedur bitdikdən sonra onlar səyahətlərinə davam edə bilirlər. Qeyd edək ki, müştərilərə peyvənd pasportu verilmir. Şirkətlər turların qanuni və hüquqi olduğunu bildirib. İstifadə olunan vaksin Rusiya məxsus olan “Sputnik-V” peyvəndidir. Tur şirkətləri sözügedən məsələyə marağın artdığı bildirib. Tur istifadəçiləri sağlamlıq sığortası olunur. Peyvənd olunan şəxslərin səhhətində problem yaranması halında onlara köməklik edilir. Turun qiyməti 374 AZN təşkil edir.
 

DİGƏR XƏBƏRLƏR

Top