Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı


Bu gün Azərbaycanda 31 157 nəfər vaksinasiyadan keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ peyvənd olunanların sayı 10 770 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 20 387 olub.
Ümumilikdə, indiyədən ölkədə 856 363 nəfərə vaksin vurulub. Bunlardan 558 485-i birinci mərhələ, 297 878-i isə ikinci mərhələdə vaksinasiya olunanlardır. 

DİGƏR XƏBƏRLƏR

Top