XİN Ceyhun Bayramovun Lavrovla görüşü barədə məlumat yaydı


Aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Yeniavaz.com verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.
Azərbaycan və Rusiya arasında mövcud olan dialoqun səviyyəsindən məmnunluq ifadə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


***19:04
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
Yeniavaz.com
xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilir.

***17:32
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ara Ayvazyanla Qarabağ məsələsini müzakirə edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova brifinqdə deyib.
O bildirib ki, görüşdə Qarabağla bağlı razılaşmalarının həyata keçirilməsi məsələsi müzakirə ediləcək: 
“1 apreldə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrı görüşlər keçirəcək. Danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri, Qarabağdakı vəziyyət müzakirə olunacaq”.

DİGƏR XƏBƏRLƏR

Top