Peskovun avtomobili qəzaya düşdü


Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun xidməti avtomobili Moskvada qəzaya düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS”a Peskov özü məlumat verib. Qəzada xəsarət alanın olmadığı bildirilib. Hadisə vaxtı Peskov avtomobildə olmayıb. 
İlkin məlumatlara görə, qəzaya başqa bir avtomobil səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top