Bulvarda yaşıllıqlara kim qulluq edir: Bulvar İdarəsi, yoxsa Mədəniyyət Nazirliyi? - MÜƏMMA


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Beynəlxalq Muğam Mərkəzi abadlaşdırma və aqrotexniki xidmətlərin satın alınması məqsədilə tender müsabiqəsi keçirib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Dənizkənarı Milli Park” MMC olub.
“Dənizkənarı Milli Park” MMC abadlaşdırma və aqrotexniki xidmətlər üçün Beynəlxalq Muğam Mərkəzindən 20 min 400 manat vəsait alacaq.
Məlumat üçün bildirək ki, Beynəlxalq Muğam Mərkəzi Dənizkənarı Milli Parkın ərazisində yerləşir. Dənizkənarı Milli Park isə Dənizkənarı Bulvar İdarəsinə tabedir və bu idarənin vəzifələrindən biri də dekorativ və nadir bitki növlərinin, yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi və həmin bitkilərin qorunmasını təmin etməkdən ibarətdir. Qeyd olunan vəzifələri həyata keçirmək üçün dövlət büdcəsindən Dənizkənarı Bulvar İdarəsinə vəsait ayrılır.
Qeyd edək ki, Dənizkənarı Milli Park ərazisində yerləşən Beynəlxalq Muğam Mərkəzinin ətrafında aqrotexniki xidmətlər göstərmək üçün Dənizkənarı Bulvar İdarəsinə büdcədən vəsait ayrıldığı halda Mədəniyyıt Nazirliyinin Bulvar İdarəsi ilə eyni ünvanda yerləşən “Dənizkənarı Milli Park” MMC-yə vəsait ayırması başadüşülən deyil.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top