İtkin düşən kapitanın atası: "Axtarışlar zəif aparılır" – VİDEO


Vətən Müharibəsində itkin düşən hərbçilərin yaxınları Müdafiə Nazirliyinin qarşısına toplaşaraq məlumat verilməsini tələb edirlər.
Yeniavaz.com
“Azadlıq qəzeti”nə istinadla xəbər verir ki, hərbçilərin yaxınları axtarışların zəif aparıldığını iddia ediblər. İtkin düşmüş hərbi qulluqçulardan Verdiyev Eldənizin atası Verdiyev Rabil oktybarın 2-dən övladından xəbər ala bilmədiyini bildirib:
“7 aydır gəlib gedirik, bizi heç kim qəbul eləmir. Bizə güc tətbiq edirlər, hədə-qorxu gəlirlər”.
Naxçıvanın itkin hərbi qulluqçularından İbrahim Vəlizadənin atası Səməd Vəlizadə isə axtarışların gücləndirilməsini tələb edib.
İtkin düşmüş kapitan Pənahov Əkbərin atası Pənahov Bəylər hazırda itkin düşənlərin əksəriyyətinin Murov istiqamətində döyüşənlər olduğunu deyib və öz övladının da bu istiqamətdə döyüşdüyünü bildirib:
“Bizə verilən məlumata görə axtarılıb və orada yoxdur. Oğlumun sənədi, vəsiqəsi, kartı erməninin “Ararat TV”-sindən göstərilir. Tapa bilmirmi? Ermənidən mənim uşağımın vəsiqəsini alsın”.
Daha sonra Müdafiə Nazirliyinin rəsmilərindən biri itkin düşmüş hərbi qulluqçuların valideynlərinə yaxınlaşaraq onların və övladlarının ad-soyadlarının qeydiyyata alınması barədə göstəriş verib.

İddialarla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top