Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı


Aprelin 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) yeni hərbi hissəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Yeniavaz.com DSX-yə istinadən xəbər verir ki, DSX rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub.

Xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçirilib. Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Top