Çindən Azərbaycana növbəti vaksin partiyası gətirildi


Bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib.

Yeniavaz.com xəbər verir ki, Çinin “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında enib.

Qeyd edək ki, Çinin "Sinovac" şirkətinin istehsalı olan 4 milyon doza “CoronaVac” vaksininin Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub.

DİGƏR XƏBƏRLƏR

Top