Vətən Müharibəsi qazisi: "DTX-dan çıxmışam, hər şey öz qaydasındadır" - YENİLƏNİB


"DTX-dan çıxmışam. Hər şey öz qaydasındadır. Problemimi dinlədilər və həllinə çalışacaqlarına söz verdilər". 
Yeniavaz.com xəbər verir ki, bu sözləri Vətən Müharibəsi qazisi Hacı Vəliyev özünün “facebook” statusunda yazıb

***12:05
“Bu gün problemlərlə bağlı Türkiyə səfirliyinə gedəcəkdim, bir az olar DTX-ya çağırıldım!”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Vətən Müharibəsi qazisi Hacı Vəliyev özünün “facebook” statusunda yazıb.
H. Vəliyevlə əlaqə saxlamağa çalışsaq da zəngimiz cavabsız qaldı.
Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Həqiqətən də DTX-ya çağrılıb-çağrılmaması və çağrılıbsa hansı səbəbdən çağrılması ilə bağlı sualımıza şöbədən belə cavab verildi: “Özündən soruşun”.
Xatırladaq ki, qazi H. Vəliyev, ona düzgün əlillik dərəcəsinin təyin edilməməsi ilə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib və nazirliyin qarşısında etiraz aksiyası keçirib.
H. Vəliyev, ötən gün isə sosial şəbəkələr vasitəsilə ona qarşı haqsızlıq edildiyini iddia edərək ölkəni tərk etmək qərarına gəldiyini bildirib və hər an intihar edə biləcəyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top