Dövlət Avtomobil Nəqliyyatı Xidməti bayram günlərində taksilərdə qiymət artımı ilə bağlı məsələyə aydınlıq gətirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xidmətin mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb.
O, bildirib ki, taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb azaltması qanunazidd əməl sayılmır: “Qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil. Bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir. Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyə edirik”.
Qeyd edək ki, bayram günlərində bəzi taksi sürücüləri gediş qiymətlərini artırmışdılar.