Şimali Koreyada bu günə qədər heç bir yoluxma faktı qeydə alınmayıb – KİV


"Pandemiyanın başlanğıcından bəri Şimali Koreyada 21 min 600 PCR testi aparılıb, nəticələrin hamısı mənfidir". 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Cənubi Koreyanın YTN televiziyası Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən xəbər verib. Bildirilib ki, bu günə qədər Şimali Koreyada heç bir yoluxma hadisəsi olmayıb. Martın 12-dən 18-dək 753 nəfərin COVID-19 testindən keçdiyi, onlardan 131-də qrip və ya SARS-ə oxşar simptomlar olduğu ancaq koronavirusa yoluxmadıqları deyilib. 
Xatırladaq ki, Şimali Koreya konavirus infeksiyasının ölkəyə girməsinin qarşısını almaq üçün ötən ilin yanvarından bəri sərhədlərini tamamilə bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top