Erkin Qədirli: "Mən parlamentdə otururam deyə..." - VİDEO


"Mən orada otururam deyə, parlament demokratikdir deyə bir qənaətim yoxdur".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Erkin Qədirli “Müsavat TV”nin efirində canlı debat zamanı deyib. 
Aparıcı, millət vəkilindən son günlər ölkədə gündəmə çevrilən ərəb turistlərin qanunsuz ov etməsi və sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xaricdə istirahəti ilə bağlı ictimaiyyəti maraqlandıran suallara cavab tapmaq üçün Milli Məclisin növbədənkənar sessiya çağrılmamasının səbəbini souşub.
E. Qədirli isə Milli Məclisin növbədənkənar sessiyasının çağrılması üçün lazım olan tələbləri açıqlayıb və bildirib ki, bunun üçün ən az 42 deputat imza verməlidir. Millət vəkili özünün belə bir tələbinin olmadığını qeyd edib və sözügedən vaxtlarda ölkədə olmadığını bildirib. O, digər millət vəkillərindən belə bir tələbin gəlməməsinin səbəbi ilə bağlı isə bunları deyib:
“Parlamentin içində siyasi işin olmaması, fraksiyaların olmaması, parlamentin demokratik olmaması, yəni bilinən mövzulardır”.

Qeyd edək ki, canlı debatda Erkin Qədirlinin opponenti Ağ Partiya sədri Tural Abbaslı olub.

DİGƏR XƏBƏRLƏR

Top