Pediatrdan xəbərdarlıq: “Uşaqlarınızda koronavirusa yoluxduqdan 4-6 həftə sonra hərarəti varsa...” - VİDEO


“Pandemiyanın əvvəlindən koronavirus infeksiyasının uşaqlara yoluxmadığının və ya onların simptomsuz keçirdiyini deyirdik. Təəssüf ki, gedişatda biz bunun əksini gördük. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırması zamanı 19 yaşdan aşağı uşaqlarda COVİD-19-a yoluxduqdan və ya koronavirus xəstələri ilə təmasda olduqdan 4-6 həftə sonrakı müddətdə çox ağır simptomlarla meydana gələn postkovid sindromunun olduğunun şahidi olduq”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.
O bildirib ki, uşaqlar bu infeksiyanı kifayət qədər ağır keçirib:
“Bu sindrom zamanı uşaqlarda günlərlə davam edən və düşmək bilməyən yüksək temperatur, eyni zamanda çox ciddi ürək damarları və qapaqlarının zədələnməsi ilə gedən kavasaki sindromuna bənzər vaskulit sindromunu gördük. Bu sindrom zamanı uşaqlarda bütün orqan və sistemlərdə zədələnmələr ola bilir. Bundan öncəki ştamla müqayisədə yeni ştammın uşaqlarda yüksək hərarət, öskürək, pnevmaniya, qusma, ishal, səpkilər, əzələ ağrıları və s. şikayətlərin olduğunu müşahidə edirik.
Əvvəlki dövrlərlə müqayisədə uşaqlar arasında yoluxma daha çox artsa da, xoşbəxtlikdən ölüm halları çox az görülüb. Ümid edirik ki, uşaqlar üzərində aparılan peyvənd araşdırması da öz nəticəsini verər və vaksinasiya onlara da tətbiq olunar.  Koronavirus keçirdikdən 4-6 həftə sonrakı müddətdə hərarətin yüksəlməsi, müxtəlif dərmanların qəbul edilməsinə rəğmən qızdırmanın düşməməsi, bütün orqan sistemlərin zədələnməsi, ürək damarları və koronar arteriyanın zədələnməsi hallarına rast gəlirik. Buna kavasaki sindromu da deyirik. Bu zaman ürəkdə genişlənmə olur və infeksiyadan sonra qalıcı fəsad ola bilər. Buna görə də uşaqların ürəyində koronar genişlənmə varsa, uzunmüddət kardioloq təqibində nəzarətdə saxlayırıq. Çünki, belə genişlənmələr uşaqlarda müxtəlif fəsadlara gətirib çıxara bilər. Ona görə, valideynlər ayıq olmalıdırlar. Gecikmiş vəziyyətlərdə müalicə uğurlu olmaya və uşaqların ürəyində fəsadlar qoya bilər”.

 

DİGƏR XƏBƏRLƏR

Top