Myanmada etirazçılar polis şöbəsini ələ keçirdi - ordu atəşkəs elan etdi


Myanmada qiyamçı ordu 1 aylıq atəşkəs elan etdi.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Myanmada hakimiyyəti ələ keçirən orduya qarşı çıxan etirazçılar polis şöbəsini ələ keçiriblər. Bu səbəblə xalqa səslənən ordunun baş qərargah rəisi general Min Aunq Hlenq bir aylıq atəşkəs elan etdiyini bildirib. O, aksiya iştirakçıları ilə sülh danışıqları aparmaq istədiyini deyib. 
Xatırladaq ki, fevralın birində Myanmada 5 ildir qurulan hökuməti ordu ələ keçirmişdi. Bundan sonra ölkədə kütləvi tətillər, etiraz aksiyaları başlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top