Bakıda gənc qız özünü binadan atıb


Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.
O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top