Poznerin qaldığı ikinci hotel yumurta atəşinə tutuldu


Gürcüstanın paytaxtı Tbilisiyə gələn Vladimir Pozner və qonaqları başqa hotelə yerləşdirilib.

Rusiyalı telejurnalistin səfərinə etiraz edənlər həmin mehmanxananın qarşısında toplaşıblar və binanın qapı-pəncərələrini yumurta atəşinə tutublar.

Aksiyaçılar V.Poznerin Gürcüstanda olmasına qarşı gecə boyu etiraz edəcəklərini bildiriblər.

Batumi şəhərində də rusiyalı jurnalistin səfərinə etiraz məqsədilə Avropa Meydanında aksiya keçirilir.//report

DİGƏR XƏBƏRLƏR

Top