Gürcüstan polisi Poznerin qaldığı mehmanxananı cərimələyib, özünü ərazidən uzaqlaşdırıb - FOTO - YENİLƏNİB


Tbilisidə rusiyalı jurnalist Vladimir Poznerin qaldığı mehmanxana 10 min lari (5 min manat) cərimələnib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Sergi Bzişvili bildirib.
Onun sözlərinə görə, karantin qaydalarının tələblərini pozduğu üçün mehmanxanaya və qonaqlarına cərimə tətbiq edilib. Bundan başqa, mehmanxanada təşkil edilən məclisin qapadılması ilə bağlı sərt xəbərdarlıq edilib.
Xəbərdarlıqdan sonra Vladimir Pozner və qonaqları polisin müşayiəti ilə avtobusla hoteldən uzaqlaşdırılıblar.
Qeyd edək ki, ərazidə polislə etirazçılar arasında fiziki qarşıdurma baş verib. Polis etirazçıların dağıdılmasına çalışır.


23.59
Bu gün Rusiyadan 50-dək şou-biznes və media nümayəndəsi çarter reysi ilə Gürcüstana gəlib. 

Gürcüstana səfər edən ictimai xadimlər arasında rusiyalı jurnalist Vladimir Pozner də var. 
Məlumata görə o, Gürcüstana doğum gününü qeyd etmək məqsədi ilə səfər edib. 

V.Poznerin Gürcüstana səfəri vətəndaş cəmiyyəti fəallarının, eləcə də bəzi müxalifət liderlərinin etirazına səbəb olub. Onun qaldığı hotelin ətrafına toplanan fəallar fit çalaraq ölkəni tərk etməsini tələb ediblər.  
İctimai fəallar rusiyalı jurnalist Vladimir Poznerin və dostlarının qaldığı mehmanxananın elektrik enerjisini kəsib. Etirazçılar bunu rusiyalı ziyarətçilərin tezliklə Gürcüstanı tərk etmələri üçün etdiklərini deyiblər. Aksiyanın keçirildiyi əraziyə müxalifət partiyalarının liderləri də gəlib. V.Poznerin Tbilisiyə 87 yaşını qeyd etmək məqsədi ilə səfər etdiyi bildirilir. Polis ərazinin mühafizəsini gücləndirib. Hazırda etiraz aksiyası davam edir.
Etirazçılar V.Poznerin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını, bu səbəbdən onun ölkəyə buraxılmasının qəbuledilməz olduğunu bildirirlər.
Qeyd edək ki, V.Pozner daha əvvəlki çıxışlarından birində Gürcüstanın 2008-ci ildə Abxaziyaya hərbi təcavüz etdiyini və nəticədə onu birdəfəlik itirdiyini qeyd edib.

 
3 / 3

APA

DİGƏR XƏBƏRLƏR

Top