BMT Baş Assambleyasının prezidenti Azərbaycana gələcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti, həmçinin 75-ci sessiyanın sədri olan Volkan Bozkırın bir sıra ölkələrə səfəri planlaşdırılır.

Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu BMT rəsmisinin mətbuat katibi Brenden Varma jurnalistlər üçün təşkil olunmuş brifinq zamanı bəyan edib.

Baş Assambleya prezidentinin səfəri 1-12 aprel aralığında baş tutacaq.

V.Bozkır Türkiyəyə, daha sonra Qətərə, oradan da Azərbaycana gələcək.

DİGƏR XƏBƏRLƏR

Top