“Bayraktar TB2”-nin ixtiraçısı Bakıdadır - FOTOLAR


Vətən müharibəsində qazanılan qələbədə vacib rol oynayan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının ixtiraçısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycana gəlib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı o, özünün "twitter" səhifəsində məlumat və fotolar yayıb:
"Hər kəsə Can Azərbaycandan salamlar! Bu gün Bakıda rəhmətlik Heydər Əliyevin qəbrini, Azərbaycan və Türk şəhidlərimizi ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun. Qardaşlığımızın gözəl havasını birlikdə içimizə çəkdik. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!".


DİGƏR XƏBƏRLƏR

Top