Hakimliyə namizədlərlə yazılı imtahanın vaxtı açıqlandı


Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, Hakimlərin Seçki Komitəsi, test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahanın aprel ayının 9-da, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcəyini bildirib. 
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının İnternet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada əldə edə bilərlər. İmtahan COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcəkdir. 
İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaqdır.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

DİGƏR XƏBƏRLƏR

Top