Sığorta bazarının 63%-dən çoxu bu şirkətin əlində cəmlənib – Şirkətlərin TAM SİYAHISI


Bu ilin yanvar-fevral ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 160 milyon 445 min manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 63,2%-i "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. 
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 101 milyon 353 milyon manat olub.
Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 5-liyini 10,4 milyon manatlıq yığımla "Qala Sığorta", 7,5 milyon manatlıq yığımla "Atəşgah Həyat" və  6,2 milyon manatlıq yığımla "İpək Yolu Sığorta" şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 78%-i adları qeyd olunan 5 şirkətin əlində cəmlənib. Bu ilin ilk 2 ayında 5 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 125,4 milyon manat olub.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 19 min manatlıq yığımla "Aqrar Sığorta", 294 min manatlıq yığımla "Naxçıvansığorta",  363 min manatlıq yığımla "Bakı Sığorta" şirkətləri olub.
Sığorta şirkətlərinin son 4 ilin yanvar-fevral aylarındakı yığım və ödənişlərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top