Azərbaycanda neçə partiya maliyyə hesabatını MSK-ya təqdim edib?


Bu günə (31.03.2021) kimi Azərbaycanda rəsmi qeydiyyatdan keçən 62 siyası partiyadan yalnız 25-i ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, YAP tərəfindən verilən hesabatda qeyd olunur ki, ötən partiyanın həm gəlirləri, həm də xərcləri artıb.
2020-ci ildə YAP ümumilikdə 12 milyon 290 min 495 manat gəlir əldə edib. Partiyanın gəlirləri əvvəlki illə müqayisdə 1 milyon 622 min 210 manat artıb.
YAP ötən il 10 milyon 346 min 294 manat üzvlük haqqı yığıb. Əvvəlki illə müqayisdə üzvlük haqqı 1 milyon 37 min 269 manat artıb.
Dövlət büdcəsindən YAP-a 1 milyon 942 min 414 manat ayrılıb və son bir ildə 583 min 154 manat artıb.

DİGƏR XƏBƏRLƏR

Top