“Təmənnimiz odur ki, ən qısa müddətdə, Ramazan bayramından sonra Şuşanı ziyarət edərək qardaşımızla birlikdə, inşallah Şuşada yeni bir bayram yaşayaq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının bu gün keçirilən zirvə toplantısında deyib. O Azərbaycan xalqını bir daha qələb münasibətilə təbrik edib.