Dünyanın nüfuzlu araşdırma şirkətlərindən olan Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda sorğu keçirilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Gallup”un keçirdiyi sorğuda vətəndaşlardan bu ilin iyun ayında keçiriləcək növbədənkənar parlament seçkilərində kimə səs verəcəkləri soruşulub.
Sorğuda iştirak edənlərin 31,7%-i %-i Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini bildirib. Məlumatda qeyd olunur ki, fevral ayında “Gallup”un keçirdiyi sorğuda iştirak edənlərin 33,1%-i “Mənim addımım” partiyasına səs verəcəyini qeyd edib.
Keçirilən sorğunun nəticələri aşağıdakı kimi olub:
Mart | Fevral | |
Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına | 31,7 % | 33,1 % |
Sabiq prezident Robert Köçəryana | 5,9 % | - |
Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına | 4,4 % | 4,4 % |
Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyasına | 2,7 % | 2,6 % |
Sabiq prezident Serj Sarkisyana | 2,4 % | 2,2 % |
“Daşnaksütun” partiyasına | 2,1 % | 2,2 % |
Vazgen Manukyanın ətrafında birləşən müxalifət partiyalarına | 1% | - |
“Sasna Tsrer” partiyasına | 0,5 % | - |
Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyasına | 0,4 % | - |
“Heç kimə” deyənlər | 24,6 % | 27,2 % |
“Bilmirəm” deyənlər | 20 % | - |