Azərbaycanda xiyar istehsalı azalıb – Rayonlar üzrə SİYAHI


Yola saldığımız 2020-ci ildə Azərbaycanda təkrar əkinlə birlikdə 179 min 411 ton xiyar yığılıb. 
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki illə müqayisədə xiyar yığımı 10% və ya 19,7 min ton azalıb.
Xiyar yığımının azalması əkin sahələrinin azalması ilə əlaqədar olub. Belə ki, ötən bir il ərzində ölkədə xiyar əkilən sahələr 4,1% və ya 436 hektar azalaraq 10 min 139 hektara düşüb. Əkin sahələri azalsa da məhsuldarlıq hər hektarda 160,2 sentnerdən 161,7 hektara yüksəlib.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda ən çox xiyar Lənkəran rayonunda yığılıb. Ötən il Lənkəranda 14 min 263 ton xiyar istehsal olunub. Ən az xiyar isə Naftalan şəhərində yığılıb. 2016-cı ildə Naftalan şəhərində sahələrdən cəmi 4 ton xiyar əldə olunub.
İl ərzində 5 min tondan çox xiyar yığılan rayonların siyahısını təqdim edirik:
Lənkəran  –  14 min 262,8 ton
Şərur  – 12 min 421,8 ton
Sabirabad  – 11 min 963,3 ton
Masallı  – 9 min 503,6 ton
Xaçmaz  – 7 min 340,7 ton
Şəmkir  – 6 min 833,6 ton
Salyan  – 6 min 352,9 ton
Kürdəmir  – 6 min 259,3 ton
Babək  – 6 min 83,2 ton
Ağdaş  – 5 min 624 ton
Astara  – 5 min 472,5 ton

 

DİGƏR XƏBƏRLƏR

Top