Pakistanın yeni Bənazir Buttosu - Məryəm Navaz


Pakistan siyasətində güclü iradəsi ilə tanınan Məryəm Navaz haqqında Türkiyə mətbuatında maraqlı məqalə dərc edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, siyasətə gənc yaşlarında atasının öldürülməsi ilə daxil olan Benazir Buttonu dünya "Şərqin qızı" kimi tanıyırdı. Onun 2007-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra Şərqdə böyük bir travma yaşandı. Hazırda isə, başqa bir qadın lider Buttonun 1980-ci illərdə keçdiyi yolu izləyərək gündəmə gəlib. Həmin qadın Pakistan Müsəlman Birliyinin lideri Məryəm Navazdır. O, Pakistanın keçmiş baş naziri Navaz Şərifin qızıdır. Məryəm Navaz Benazir Butto kimi milyonlarla insanı ayağa qaldıra bilməsi ilə hakimiyyətdə oturanların narahatlığına səbəb olub. Keçirdiyi mitinqlərdə generalları hədələməsi, atasına edilən səhvlərə görə intiqam almaq istəyi Pakistan hərbçiləri arasında da ciddi narahatlıq doğurub. Atası keçmiş baş nazir Navaz Şərif hazırda xəstədir və Londonda sürgündədir. 
1999-cu ildə Nəvaz Şərif hökumətini devirən general Pərviz Müşərrəfin çevrilişindən sonra Məryəm və ailəsi Səudiyyə Ərəbistanına göndərilmədən əvvəl dörd ay ev həbsində saxlanılıb. 19 yaşında ailə quran Məryəm hərbi rejimin süqutundan sonra 2010-cu illərin əvvəllərində siyasətdə aktiv fəaliyyət göstərməyə başlayıb. O, ordunun dəstəklədiyi hakimiyyətə qarşı mübarizədə ciddi addımlar atır. İştirak etdiyi mitinqlər dünyada əks-səda doğurur. 
Məryəm Navaz mitinqlərində Bənazir Buttonun dilindən istifadə edərək İmran Xan hökumətinə qarşı sərt tənqidlər səsləndirir. O, tez-tez atasının siyasi sürgününü və anasının dəfn mərasimində iştirak edə bilməməsini dilə gətirir.
Navaz, Benazir Butto və Hindistanlı siyasətçi Jayaram Jayalalitha kimi müxtəlif güclü qadın liderlərlə müqayisə edilir. Məryəm Navazın ilk seçkilərdə parlamentə girəcəyi təqdirdə ordu ilə münasibətlərinin necə olacağı maraq doğurur.

DİGƏR XƏBƏRLƏR

Top