
Azərbaycanda adambaşına düşən istehlak xərcləri ayda 297,97 manata bərabər olub.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Statistika Komitəsinin açıqladığı və ötən ilin 4-cü rübünü əhatə edən sonuncu statistik göstəricidə yer alıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə adambaşına düşən istehlak xərcləri 2,9% azalıb.
Ay ərzində ümumi istehlak xərclərimizn 129,34 manatı ərzaq məhsullarının alınmasına sərf olunub. Bu da ümumi xərclərin 43,4%-ni təşkil edib. Əvvəlki ilin (2019-cu il) eyni dövründə ərzaq məhsullarına bundan 2,9% az - 125,72 manat xərclənib.
Alkoqollu içkilərə ay ərzində 1,73, tütün məmulatlarına 4,63 manat xərcləmişik. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə alkoqollu içkilərə xərclənən pul 4,2%, tütün məmulatlarına xərclənən pul isə 5% artıb.
Onu da bildirək ki, eyni dövürdə təhsil xərclərtimiz 10,7% azalaraq ay ərzində 5,78 manatdan 1,16 manata düşüb.
Rəqəmlərdən də göründüyü kimi, ay ərzində alkoqollu içkilər və tütün məmulatlarına sərf etdiyimiz vəsait təhsil xərclərimizdən çox olub.
Son 2 ildə orta aylıq xərclərimiz aşağıdakı kimi olub:
| 2019-cu ilin IV rübündə (manat) |
2020-ci ilin IV rübündə (manat) |
Fərq | |
| CƏMİ - İstehlak xərcləri | 306,93 | 297,97 | 2,9 % azalıb |
| Ərzaq məhsullarına | 125,72 | 129,34 | 2,9 % artıb |
| Alkoqollu içkilərə | 1,66 | 1,73 | 4,2 % artıb |
| Tütün məmulatlarına | 4,41 | 4,63 | 5 % artıb |
| Paltar və ayaqqabıya | 19,9 | 20,06 | 0,8 % artıb |
| Su, işıq, qaz və digər yanacaq növlərinə | 23,7 | 25,98 | 9,6 % artıb |
| Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa | 25,89 | 24,16 | 6,7 % azalıb |
| Səhiyyə xidmətlərinə | 14,68 | 16 | 9 % artıb |
| Nəqliyyat xidmətlərinə | 19,46 | 19,86 | 2,1 % artıb |
| Rabitə xidmətlərinə | 9,71 | 10,24 | 5,5 % artıb |
| İstirahət və mədəniyyət xidmətlərinə | 13,32 | 10,30 | 22,7 % azalıb |
| Təhsil xərclərinə | 5,78 | 5,16 | 10,7 % azalıb |
| Mehmanxana, kafe və restoran xidmətlərinə | 28,32 | 15,47 | 43,4 % azalıb |
| Digər mal və xidmətlərə | 14,38 | 15,04 | 4,6 % artıb |
Tətbiqimizi yükləyə bilərsiniz