ABŞ-da ilk dəfə bir müsəlman hakimliyə namizəd göstərildi


ABŞ prezidenti Co Bayden federal hakimlik vəzifəsinə aralarında müsəlman Zahid N. Quraişi də daxil olmaqla 11 nəfəri namizəd göstərib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxsdən başqa namizədlərdən 3-ü qaradərili qadın, 1-i asiyalı və digər şəxslərdir. Bayden təqdim etdiyi siyahını ABŞ hüquq sisteminin ən yaxşı və ən parlaq beyinləri kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ-ın Nyu-Cersi ştatının Sülh Məhkəməsinə namizəd olaraq göstərilən Quraişi senat tərəfindən təsdiqlənərsə, ABŞ-ın federal bölgə məhkəməsində vəzifə yerinə yetirəcək ilk müsəlman olacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top