Azərbaycanda kasıbların sayı AÇIQLANDI – Son bir ildə 8 faiz artıb…


Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 77,3 min aztəminatlı ailənin 324 min üzvü ünvanlı dövlət sosial yardım alıb.
Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 8,4% və ya 25,1 min nəfər artıb. Ötən ilin əvvəlində ünvanlı dövlət sosial yardımın bir nəfərə düşən orta aylıq məbləği 50,03 manat olduğu halda, bu ilin əvvəlində bu məbləğ 57,1 manat olub.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardım orta aylıq gəliri ehtiyac meyarından aşağı olan şəxslərə verilir və onlar aztəminatlı şəxs hesab olunur. Ötən il Azərbaycanda ehtiyac meyarı 160 manat, bu isə 170 manat müəyyən olunub.
Onu da bildirək ki, Azərbaycanda aylıq gəliri yaşayış minimumundan (190 manat) aşağı olan şəxslər yoxsul hesab olunur.
Qeyd edək ki, yaşayış minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

DİGƏR XƏBƏRLƏR

Top