Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 1 milyon 228,8 min nəfər pensiyaçı olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə pensiyaçıların sayı 3,3% və ya 41,8 min nəfər azalıb.
Açıqlanan məlumatda qeyd olunur ki, pensiyaçılar ölkə əhalisinin 12,3%-ini təşkil edir. Onların 58,3%-i yaşa, 30,4%-i əlilliyə, 11,3%-i isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7% artaraq 302,2 manat təşkil edib və orta aylıq əmək haqqının 42,7%-inə bərabər olub.