İsrail öz vətəndaşlarına Türkiyəyə getməmələri üçün xəbərdarlıq etdi


Ötən gün İsrail öz vətəndaşlarına Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səyahət etməmək üçün xəbərdarlıq edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumat İsrail Milli Təhlükəsizlik Şurası tərəfindən verilib. Səlahiyyətli şəxslər bu xəbərdarlığın səbəbinin koronavirus olmadığını bildirib. Xəbərdarlığa səbəb iranlı bir sıra qruplaşmaların son bir ayda İsrail hədəflərini təhdid etməsi olub.
Qeyd edək ki, yanvar ayında İsrailin Yeni Dehlidəki səfirliyi yaxınlığında kiçik bir partlayış olmuşdu və Hindistan rəsmiləri bunu İranla əlaqələndirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top