Nazirlik həbsdə olan sabiq baş prokurorun qudasını məhkəməyə verdi


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bakı Şərab-2” ASC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu gün - 31.03.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə keçiriləcək. 
Məlumat üçün bildirək ki, qanuni təmsilçisi Hüseynov Rabil Abış oğlu olan “Bakı Şərab-2” ASC-nin dövlət büdcəsinə 9 min 308 manat 40 qəpik vergi borcu var.
Onu da bildirək ki, “Bakı Şərab-2” ASC 22.03.1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 299 min 240 manat olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Arif Hacıyev, ev 4”də yerləşir.
Qeyd edək ki, “Bakı Şərab-2” ASC-nin qanuni təmsilçisi Rabil Hüseynov hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənovun qudasıdır.

DİGƏR XƏBƏRLƏR

Top