Belçika və Niderlanddan darmadağın, Türkiyə millisi xal itirdi - VİDEO

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib.

Turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçirilib.

Azərbaycan yığmasının yer aldığı A qrupunda Portuqaliya səfərdə Lüksemburqu məğlub edib - 3:1. Bu qrupda yer alan İrlandiya seçməsi isə yoldaşlıq görüşündə Qətərlə heç-heçə edib.

E qrupunda Belçika millisi Belarusun qapısından 8 cavabsız top keçirib.

G qrupunda maksimum nəticə göstərən Türkiyə millisi Latviyanı sınağa çəkib. "Ay-ulduzlular" hesabda öndə olsalar da, qələbəni əldən veriblər. Niderland yığması isə səfərdə qrupun autsayderi Cəbəllütariqi darmadağın edib - 7:0.

H qrupunda Slovakiya evdə Rusiya, Xorvatiya isə Malta üzərində qələbə qazanıb.

DÇ-2022, seçmə mərhələ
III tur
30 mart

A qrupu
20:00. Azərbaycan - Serbiya - 1:2

Qol: Emin Mahmudov, 59 (penalti) - Aleksandar Mitroviç, 16; 81

22:45. Lüksemburq - Portuqaliya - 1:3

Qollar: Gerson Rodriges, 30 - Dioqu Jota, 45+2. Kriştianu Ronaldu, 51. Joau Palyinya, 80

Qırmızı vərəqə: Maksim Şano, 86 (Lüksemburq)

Yoldaşlıq görüşü

22:45. Qətər - İrlandiya - 1:1

Qollar: Məhəmməd Muntari, 47 - Ceyms Makkleyn, 4

Xal durumu: Portuqaliya - 7, Serbiya - 7, Lüksemburq - 3 (1), Azərbaycan - 0 (1), İrlandiya - 0

E qrupu

22:45. Uels - Çexiya - 1:0

Qol: Daniel Ceyms, 82

Qırmızı vərəqələr: Konnor Roberts, 77 - Patrik Şik, 49

22:45. Belçika - Belarus - 8:0

Qollar: Mişi Batşuayi, 14. Hans Vanaken, 17; 89. Leandro Trossard, 38; 76. Jeremi Doku, 42. Dennis Prat, 49. Kristian Benteke, 70

Xal durumu: Belçika - 7, Çexiya - 4, Uels - 3, Belarus - 3, Estoniya - 0

G qrupu

22:45. Cəbəllütariq - Niderland - 0:7

Qollar: Stiven Bergeys, 42. Lük de Yonq, 55. Memfis Depay, 61; 88. Corcinyo Veynaldum, 62. Doniell Malen, 64. Donni van de Bek, 85

22:45. Monteneqro - Norveç - 0:1

Qol: Aleksander Sörlot, 35

22:45. Türkiyə - Latviya - 3:3

Qollar: Kenan Karaman, 2. Hakan Çalhanoğlu, 33. Burak Yılmaz, 52 (pen.) - Robert Savalniek, 35. Robert Uldrikis, 58. David İkaunieks, 79

Xal durumu: Türkiyə - 7, Niderland - 6, Monteneqro - 6, Norveç - 6, Latviya - 1, Cəbəllütariq - 0

H qrupu

20:00. Kipr - Sloveniya - 1:0

Qol: İoannis Pittas, 42

22:45. Slovakiya - Rusiya - 2:1

Qollar: Milan Şkrinyar, 38. Robert Mak, 74 - Mario Fernandes, 71

22:45. Xorvatiya - Malta - 3:0

Qollar: İvan Perişiç, 62. Luka Modriç, 76. Yosip Brekalo, 90

Xal durumu: Xorvatiya - 6, Rusiya - 6, Slovakiya - 5, Kipr - 4, Sloveniya - 3, Malta - 1

//Report

DİGƏR XƏBƏRLƏR

Top